“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Banker.az bu barədə Azərbaycan Prezdenti İlham Əliyevin 8 sentyabr 2022-ci il tarixli sərəncamına istinad edir.
Sırıncama görə, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinə Taleh Kazımovun adı daxil edilib.
Buna qədər bu səlahiyyət onun sələfi Elman Rüstəmovda idi.
Bununla da ASK-nın Müşahidə Şurasının tərkibi belə olacaq:
Müşahidə Şurasının sədri
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Müşahidə Şurasının üzvləri
İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.