3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın tərkibinə dəyişiklik edilib

Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın tərkibinə Azərbaycan Respublikasının energetika naziri və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti əlavə edilib.

Xarici İşlər Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Gürcüstan tərəfinə bildiriş göndərmək tapşırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər