İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 58.8 min ton ərzaq daşıyacaq daha dörd gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib.
Bu barədə Koordinasiya Mərkəzindən bildirilib.
Məlumata əsasən, “A-Line” və “Sevil” quru yük gəmiləri Çornomorskdan yola düşərək Misir və Rumıniyaya müvafiq olaraq 10.7 min ton qarğıdalı və 4.7 min ton kolza çatdıracaq. Daha iki gəmi – “Super Bayern” və “Lucky” Yujnı limanından çıxacaq. Birinci quru yük gəmisi 33 min ton qarğıdalı ilə Misirə yola düşəcək, ikincisi isə Yunanıstana 4400 ton arpa və 6 min ton qarğıdalı çatdıracaq.
Bütün gəmilərin sentyabrın 9-da dənizə çıxması gözlənilir.