Yanvar-avqust aylarında Şimali Qafqaz Dəmir Yolu ilə Samur stansiyası vasitəsilə Azov-Qara dəniz hövzəsinin limanlarına və Azərbaycan limanlarına 2.7 mln. ton taxıl daşınıb ki, bu da ötən ilin müvafiq göstəricisini 84.5% üstələyir.
Bunu Nəqliyyat Xidmətləri üzrə Ərazi Mərkəzinin marketinq və planlaşdırma üzrə rəhbərinin müavini Anastasiya Mulenko deyib.
Onun sözlərinə görə, daha çox (62.6%) artım ixrac daşınmalarında qeydə alınıb.
“Bu, təxminən 859 min ton deməkdir. Buna biçin kampaniyasının vaxtında başlanması, eləcə də elevatorlarda taxıl yüklərinin balansının yüksək səviyyədə olması şərait yaradıb”, – deyə məruzəçi izah edib.
Taxıl yüklərinin son çatdırılma istiqamətləri barədə danışan Anastasiya Mulenko Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, bu ərazilərdə göndərilmələrdə artım müşahidə olunub.
Yeni marşrutlar arasında ekspert Sudan və Keniyanı xüsusi qeyd edib. Eyni zamanda, Gürcüstan, İsrail, Monqolustan və Kamerun kimi istiqamətlərdə yük axınında azalmanın olduğunu bildirib.