Fransa ruslara qısamüddətli viza verməyə davam edəcək, lakin vizaların rüsumlarını artıracaq və viza verilməsi müddətini uzadacaq.
Bu barədə Fransanın Rusiyadakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.
“Rusiyanın Ukraynaya qarşı təcavüzü nəzərə alınaraq, Rusiya ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi sazişi dayandırılıb”, – məlumatda qeyd olunub.