Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Həmas lideri İsmayıl Həniyyə və onu müşayiət edən Fələstin nümayəndə heyəti ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
Görüşdə Fələstin probleminin vurğulanaraq Yaxın Şərqdə baş verən hadisələr müzakirə edilib. Rusiya tərəfi Fələstin Azadlıq Təşkilatının siyasi platformasında Fələstin milli birliyinin sürətlə bərpasının vacibliyini vurğulayıb. Görüşdə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Fələstin-İsrail probleminin həllinin zəruriliyi vurğulanıb.
Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi Mixail Boqdanov nümayəndə heyəti ilə geniş məsləhətləşmələr aparıb.