8 C
Baku
Friday, December 13, 2024

Prezident təxribatlara görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Banker.az xəbər verir ki, telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər