10 C
Baku
Thursday, December 12, 2024

Rusiya XİN vəziyyəti sabitləşdirmək üçün Bakı və İrəvanla sıx təmasdadır

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdədir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA-ya müsahibəsində bildirib.

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi ilkin mərhələdə olduğundan bizim vəzifəmiz işin maksimum səmərəliliyini təmin etmək üçün bütün lazımi şəraiti yaratmaq, sərhəd zonasında sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə yardım etmək, bu fəaliyyətə kənardan müdaxilə etmədən, hər iki tərəf üçün çox həssas olan sərhəd məsələlərində siyasiləşməyə və kəskinləşməyə yol verməməkdir. Təəssüf ki, bu, kəsintisiz olmur. Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədində vəziyyət kəskin şəkildə gərginləşib”, deyə rusiyalı diplomat vurğulayıb.

O xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfləri vəziyyəti daha da gərginləşmədən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırıb.

Rusiya XİN rəsmisi Brüsselin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı vasitəçilik missiyasından da danışıb. Bildirib ki, Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı qarşılarına məqsəd qoyduqlarını belə gizlətmir.

Onun sözlərinə görə, Brüsselin Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə müdaxilə cəhdləri Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupu vasitəsilə birgə işi dayandırması fonunda baş verir.

“Bunlar bizim oynamadığımız sıfır nəticəli geosiyasi oyunlardır. Biz hər gün əməli işlərlə məşğul oluruq ki, bu da liderlərimiz və xarici işlər nazirləri arasında birbaşa təmaslara, ölkələrimizin tarixi yaxınlığına, maraqların bir-birinə qarışmasına əsaslanır və ümumi regionumuzda daha təhlükəsiz və firavan gələcəyin qurulmasına istiqamətlənir ”, – deyə rusiyalı diplomat vurğulayıb.

Qonçar Moskvanın Bakı və İrəvanla sıx təmasda olduğunu və vəziyyəti mümkün qədər tez sabitləşdirmək üçün bütün tədbirləri gördüyünü söyləyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər