“Ermənistan terror-təxribat törətməkdə davam edərək, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub”.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelər Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur:
“Ordumuz tərəfindən cavab tədbirləri görülüb, atəş nöqtələri nəzarətə götürülüb. Hazırda vəziyyət gərgin olaraq qalır”.