NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü oktyabrın 13-14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.
Bu barədə Şimali Atlantik Alyansın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında təşkil olunacaq görüş Baş katib Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək.