“Azərişıq” ASC “Smart Energy Services” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Laçın rayonu ərazisində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə 35 kV-luq “Güləbird” stansiyasından Minkənd yaşayış məntəqəsinə çəkiləcək 35 kV-luq ÖİN xəttinin Laçın yoluna(dəhliz) düşən hissəsinin elektrik təchizatı işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 078 398 manatdır.