Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça II Elizabetin dəfni ilə əlaqədar bir gün işləməyəcək.
Bu barədə səfirliyin “Twitter” hesabında bildirilib.
“Səfirlik Ülyahəzrət Kraliça II Elizabetin dəfn mərasimi ilə əlaqədar bazar ertəsi, sentyabrın 19-da bağlı olacaq”, məlumatda qeyd olunub.