Rusiya Suriya ilə bağlı ABŞ-la təmaslara hazırdır.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
“Yəqin ki, hərbçilərin xətti ilə müəyyən təmaslar var və biz bu cür təmaslara həmişə hazırıq”, – deyə rusiyalı diplomat vurğulayıb.
O, ABŞ-ın Astana formatında keçirilən görüşlərə müşahidəçi qismində dəvət olunduğunu xatırladıb.