Rusiya öz suveren mövqeyindən dönməyəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, ölkələrin çoxqütblü dünyaya doğru hərəkəti beynəlxalq siyasətin əsas istiqamətinə çevrilib.
“Sizin işiniz beynəlxalq münasibətlərin arxitekturasının köklü transformasiyası proseslərinin sürətləndiyi, dünya nizamının çoxqütblü, daha demokratik və ədalətli sisteminin formalaşmasının aktiv mərhələyə qədəm qoyduğu bir şəraitdə davam edir. Çoxqütblü dünyaya doğru hərəkətin dünya siyasətində əsas, strateji istiqamət olması faktı Şanxay Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Səmərqənddə keçirilən sammiti ilə təsdiqləndi”, – deyə Rusiya lideri çıxışında deyib.
Prezident vurğulayıb ki, Qərbin, xüsusilə də ABŞ-ın Latın Amerikası, Avropa və Asiyanın beynəlxalq işlərində hegemonluğu əbədi davam edə bilməz. Putin bunun mümkün olmadığını söyləyib.