Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.
Bu barədə məlumatı “Mtavari arxi” telekanalı yayıb.
O, bankda olan şəxsləri girov götürüb. Girovların dəqiq sayı hələ ki açıqlanmayıb.
Bununla belə, hücumun məhz hansı banka edildiyi də qeyd olunmayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirir.