Altı ay ərzində Rusiya silahlarının ixracı 6 milyard dollardan çox olub.
Bunu Rusiya prezidenti Vladimir Putin müdafiə sənayesinin nümayəndələri ilə görüşündə bildirib.
“Bu ilin cəmi altı ayında, hamının yaxşı bildiyi bütün şərtlərə baxmayaraq, sənayemiz xarici tərəfdaşlara 6 milyard dollardan çox dəyərində hərbi məhsullar təqdim edib”, – Putin görüşdə deyib.