Cümə axşamı günü hərrac zamanı Hindistan rupisi dollara qarşı tarixi minimuma düşüb. Məlumata görə, rupinin məzənnəsi 80.38 təşkil edib. Eniş ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini 75 baza bədi artırmaqla bağlı növbəti qərarı fonunda baş verib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, FED sentyabr ayının iclasının nəticələrinə görə, faiz dərəcəsini 75 baza bəndi – 3-3.25% səviyyəsinə qaldırıb.