Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxs “B2B GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün şəbəkə təhlükəsizliyi avadanlıqlarının və daxili şəbəkənin qurulması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 921 976 manatdır.