Almaniya müəyyən şərtlər daxilində səfərbərlikdən yayınan rusları qəbul etməyə hazırdır.
Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser məlumat verib.
Onun sözlərinə görə, Putin rejiminə qarşı çıxanlar sığınacaq üçün Almaniyaya müraciət edə bilərlər.
“Bir qayda olaraq, ağır repressiyalarla təhdid edilən fərarilər Almaniyada beynəlxalq müdafiə əldə edəcəklər. Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də özünü ən böyük təhlükəyə məruz qoyan hər kəs siyasi sığınacaq üçün müraciət edə bilər”, – xanım Feser bildirib.
Nazirin sözlərinə görə, artıq bir neçə aydır ki, Almaniya Rusiya rejiminin tənqidçilərini qəbul edir. “Biz artıq 438 nəfəri qəbul etmişik”, – Faser bildirib.