11 C
Baku
Monday, November 25, 2024

$600 mlrd.-lıq ultra yüngül metal yatağı investorlar axtarır

Meksika Sonora litium yataqlarının 600 milyard dollar dəyərində olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, Meksika Maliyyə Nazirliyinin hesabatına görə, ölkənin şimalındakı Sonora əyalətində potensial olaraq böyük litium yatağının dəyəri 12 trilyon Meksika pesosu (602 milyard dollar) və ya daha çox (800 milyard dollar) ola bilər.

Qeyd edək ki, litiumun qiyməti bu il bir ton üçün 70 000 dolları ötüb. Litium bütün metalların ən yüngülüdür. Bu mineral ən adi daş kimi görünür və odur ki, metal litium (yunan sözü “lithos” – daş deməkdir) adlandırılır. Ultra yüngül ağ metal adətən qaya və ya duzlu su zonalarından hasil edilir, Sonoradakı litium isə əsasən hələ kommersiya miqyasında hasil edilməmiş gilli torpaqlardadır.

Meksika prezidenti Andres Manuel Lopez Obrador özəl sektoru yeni dövlət mədənçisi ilə işləməyə çağırıb. O, qeyd edib ki, tələb olunan investisiyanın həcmi hökumətin tərəfdaşlara ehtiyacı olduğunu göstərir.

Son xəbərlər
Digər xəbərlər