2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna və Çin XİN başçıları görüşüb

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə Kuleba “Twitter“də bildirib.

Görüşdə Ukrayna və Çin arasında əlaqələr müzakirə olunub.

Ukraynalı nazir bildirib ki, Van İ Çinin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini və həmçinin, fikir ayrılıqlarının həllində güc tətbiq edilməsinin rədd edilməsini vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər