18 C
Baku
Thursday, October 10, 2024

Çavuşoğlu: “Rusiya və Ukrayna arasında sülh Türkiyə vasitəsilə mümkün ola bilər”

Rusiya və Ukrayna arasında bir sülh sazişi imzalansa, bu Türkiyənin vasitəsi ilə mümkün ola bilər. Türkiyənin bir ümid olduğunu hər kəs bizə deyir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda Türkiyəli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya və Ukrayna arasında gedən müharibənin davam etməsini istəyən çox az ölkə qalıb.

Nazir əlavə edib ki, “Taxıl daşınması sazişi”nin imzalanması da Türkiyənin iştirakı ilə mümkün oldu və dünya bazarlarında ciddi şəkildə taxıl qiymətlərinin düşməsinə səbəb oldu.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər