Rusiya və Ukrayna müharibənin həll yolundan uzaqlaşıblar.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səy göstərir. Çavuşoğlu tərəflərin həll yolundan uzaqlaşmalarına baxmayaraq, ümidlərini itirmədiklərinin vurğulayıb.
“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – “Report”) əsas məqsədi cənab Putin (Rusiyanın dövlət başçısı Vladimir Putin – “Report”) və Zelenskini (Ukrayna lideri Volodimir Zelenski – red) bir araya gətirməkdir. Bunun üçün həmin siyasi prosesin həlli üçün etimad yaradan addımlar atmalıyıq. Sonuncu əsir mübadiləsində biz mühüm rol oynadıq”, – Çavuşoğlu vurğulayıb.