MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII iclası sentyabrın 30-u Moskvada keçiriləcək.
Bu barədə məlumatı Rusiyanın Xarici Kəşfiyyat Xidməti yayıb.
Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyadan nümayəndə heyətləri iştirak edəcək.
Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 26-sı MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə videoformatda görüş keçirəcək.