3 C
Baku
Saturday, December 14, 2024

Dövlət Departamenti: XİN rəhbərlərinin ikinci görüşünə dair qərarı Azərbaycan və Ermənistan verəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ay ikinci görüşünün təşkil edilməsi ilə bağlı qərarı hər iki ölkə verəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında xarici işlər nazirlərinin bu ay ikinci görüşünün planlaşdırılması ilə bağlı suala cavabında deyib.

“Biz düşünürük ki, Azərbaycan və Ermənistan arasında birbaşa əlaqənin davam etdirilməsi yalnız onların deyil, bütün regionun və onun hüdudlarından kənardakıların marağındadır. Biz ikitərəfli, üçtərəfli, çoxtərəfli yardım təklif etmişik və əlbəttə ki, Avropa İttifaqı da vacib rol oynayır”, – Ned Prays bildirib.

O, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Vaşinqtona səfərinə də münasibət bildirib.

Ned Prays Hikmət Hacıyevin səfərinin Azərbaycan və Ermənistan arasında davam edən prosesin bir parçası olması ilə bağlı suala cavabında qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə müntəzəm əlaqədədir.

“Bu davam edəcək”, – ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər