Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva Rusiya Federasiyasının Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) xaric edilməsi üçün çağırış edib.
O, bu barədə “Twitter” mikrobloqunda yazıb.
Nazir bu təklifi BAEA-nın Vyanada keçirilən baş konfransında çıxışı zamanı irəli sürüb.
“Biz burada oturarkən Ukraynanın əraziləri Rusiya qoşunları tərəfindən işğal olunub. Biz işğal olunmuş ərazilərin de-rusiyalaşdırılmasını və demilitarizasiyasını tələb edirik. O vaxta qədər Rusiyanın BAEA-nın üzvü kimi fəaliyyəti dayandırılmalıdır. Əgər onlar bu şərtlərə cavab vermirlərsə, təşkilatdan xaric edilməlidirlər”, – deyə Moskva qeyd edib.