8 C
Baku
Sunday, January 19, 2025

Fransa gələn il orduya 43.9 milyard avro ayıracaq

Fransanın hərbi büdcəsi 2023-cü ildə təxminən 44 milyard avroya çatacaq.

Bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyi yayımladığı kommunikedə bildirib.

“2023-cü ildə Fransa ordusunun büdcəsi ardıcıl altıncı dəfə artırılaraq 43,9 milyard avro təşkil edəcək”, – məlumatda deyilir. Nazirlikdən qeyd olunub ki, bununla da Silahlı Qüvvələrə ayrılan vəsait 2022-ci illə müqayisədə 3 milyard artacaq.

Məlumatda vurğulanır ki, hazırda Fransada 2024-2030-cu illər üçün Silahlı Qüvvələrin və silahların inkişaf etdirilməsi üzrə yeni proqram hazırlanır. Layihə dekabr ayından gec olmayaraq parlamentə təqdim olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər