3 C
Baku
Saturday, December 14, 2024

Ərdoğanla Paşinyan görüşə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş Praqada baş tuta bilər.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib.

“Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üçün bu görüş baş tuta bilər. Görüşlə bağlı daha detallı nəsə demək hələ tezdir. Bunun üçün hələ tələsməli deyilik”.

Qeyd edək ki, Avropa İttifaqının qeyri-rəsmi sammitində Ərdoğan və Paşinyan arasında görüş nəzərdə tutulub.

Tərəflər hələ ki görüşü təsdiqləməyib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər