8.6 C
Baku
Thursday, November 28, 2024

Dövlət Gömrük Komitəsi Azərbaycanın ən böyük yanacaqdoldurma məntəqəsini cərimələdi

Dövlət Gömrük Komitəsi Azərbaycanın ən böyük yanacaqdoldurma məntəqəsi şəbəkələrindən biri olan “Azpetrol”u cərimələyib.

Buna səbəb şirkətin gömrük qanunvericiliyini pozmasıdır.

“Azpetrol” barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib.

Protokola əsasən, “Azpetrol Ltd” MMC-ni İnzibati Xətalar Məcəlləsi ilə cərimə cəzası gözləyir. Baxış iclası oktyabrın 5-ə təyin edilib.

 

 

Son xəbərlər
Digər xəbərlər