Ukraynanın sanksiya siyahısına Rusiyanın 3.6 mindən çox vətəndaşı daxil edilib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkə rəhbərliyinə tövsiyə etdiyi məhdudlaşdırıcı tədbirlər Rusiyanın 3 600-dən çox vətəndaşına şamil edilib.

Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, bu siyahıya Rusiyanın ali rəhbərliyinin nümayəndələri, o cümlədən onların qohumları və yaxın ətrafı, Silahlı Qüvvələrin komandanlığı, regional liderlər, iri sahibkarlar və sənət adamları daxildir. Ukrayna ərazisindəki “referendum”u izləyən beynəlxalq müşahidəçilərə də məhdudiyyətlər qoyulub.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər