Rusiya Ordusunun Qərb Hərbi Dairəsinin komandanı Aleksandr Juravlyov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bu barədə məlumat Rusiyanın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi reyestrində yer alıb.
Reyestrdə kadr rotasiyasının sentyabrın 28-də həyata keçirildiyi əks olunub.
Qərb Hərbi Dairəsinin yeni komandanı isə general-leytenant Roman Berdnikov olub. O, vaxtilə Suriyada Rusiya hərbçiləri qrupuna rəhbərlik edib.