Cenevrədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin dövlət katibi Livia Leu ilə görüşüb.
Barədə Azərbaycan XİN başçısı “Twitter” hesabında bildirib.
Azərbaycanlı nazir isveçrəli həmkarını oktyabrın 2-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüş barədə məlumatlandırıb:
“Mən İsveçrəyə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümid edirik ki, bu görüş regionumuzda sülhə təkan verəcək”.