Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan səkkizinci sanksiyalar paketinə baxacaqlar.
Bu barədə “RBK-Ukrayna” “Azadlıq” radiosunun Brüsseldəki müxbiri Rikard Yozvika istinadən məlumat yayıb.
“Bu gün səhər Aİ səfirləri Rusiyaya qarşı son sanksiyalar paketini müzakirə edirlər. İclas saat 16.00-da (Bakı vaxtı ilə 18.00 – red.) başlayacaq. Onların bu gün sanksiyalara yaşıl işıq yandırmaq şansı var, lakin məqsəd hələ də bunu cümə axşamı günü keçiriləcək Praqa sammitinə qədər etməkdir”, – müxbir yazıb.