13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Fransaya növbəti dəfə nota verdi

3 oktyabr 2022-ci il tarixində, Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib və görüş zamanı 1 oktyabr 2022-ci il tarixində Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən növbəti vandalizm aktı ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Banker.az xəbər verir ki, XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə son zamanlar Azərbaycan Respublikasının Fransa Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərinə qarşı Fransada məskunlaşan radikal erməni qrupları tərəfindən törədilən hücumların sayının artdığı qeyd edilib.

ABŞ minatəmizləmə əməliyyatlarına 2 milyon dollar ayırıbABŞ-ın Qafqaz üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edibLeyla Abdullayeva Hindistan XİN-in açıqlamasına münasibət bildirib

Növbəti belə bir hücumun 1 oktyabr 2022-ci il tarixində gecə saatlarında baş verdiyi, bir qrup radikal erməni tərəfindən Səfirliyin inzibati binasına qırmızı rəngli boya atıldığı və binanın üzərinə Azərbaycan əleyhinə təhqiramiz ifadələr yazıldığı müqabil tərəfin diqqətinə çatdırılıb.

Qeyd olunan hadisənin Azərbaycan tərəfinin Fransanın səlahiyyətli qurumlarından Səfirliyin və onun əməkdaşlarının mühafizəsinin təmin edilməsi ilə bağlı dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilmiş tələbləri fonunda Fransa hökuməti tərəfindən lazımi tədbirlərin görülməməsi nəticəsində baş verdiyi qeyd edilib.

Qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.

Fransa Respublikasının səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, Səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib və Azərbaycan tərəfinin müraciətinin Fransanın səlahiyyətli orqanlarına çatdıracağını qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər