Birləşmiş Ştatlar bu həftə Vaşinqtonun ölkədə etirazçılara qarşı zorakılıqda əli olduğuna inandığı İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bunu ABŞ prezidenti Co Bayden deyib.
“Mən İranda bərabər hüquqlar və insan ləyaqətinə hörmət tələb edən tələbələr və qadınlar da daxil olmaqla, dinc nümayişlərə qarşı şiddətlə bağlı xəbərlərdən ciddi şəkildə narahatam”,- deyə Bayden vurğulayıb.
Bayden dinc nümayişçilərə qarşı zorakılığın arxasında duranlara qarşı sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.