6 C
Baku
Sunday, December 15, 2024

Yeni rəqiblər “AzFinance İnvestisiya Şirkəti”ni bazarda “sıxışdırıb” – O mövqe itirir

“AzFinance İnvestisiya Şirkəti” QSC cari ilin ilk üç rübündə bazarda xeyli mövqe itkisi ilə üzləşib.

Banker.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, “AzFinance İ.Ş.”nin cəmi əməliyyatlar həcmi 2022-ci ilin ilk 9 ayında  971.35 milyon manat olub.

Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 26%-dən çox azalma deməkdir.

Azalmaya əsas azaldıcı təsir edən dövlət qiymətli kağızları bazarında mövqe itirməsidir.

Cari ilin ilk 9 ayı ərzində  Mərkəzi Bankın notlrı üzrə 367.68 mln. manat və dövlət istiqrazları üzrə 157.16 mln. manatlıq əməliyyat aparıb. Bu da 2021-ci ilin eyni dövründən müvafiq olaraq 26% və 58% azdır.

İnvestisiya şirkətinin portelində həmçinin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi kimi xidmət var.

Ötən AMB notları üzrə əməliyyatlar reytinqdə ikinci olduğu halda, cari ildə axırdan üçüncüyə düşüb. Fəaliyyətsiz qalan “MFX Trading İnvestisiya Şirkəti” saymasaq, axırdan ikincidir.

Dövlət qiymətli kağızlar üzrə portfel bu il 2021-ci ildən daha dardır. Əlavə olaraq “CPM-İnvest İnvestisiya Şirkəti” QSC və “ABB İnvest İnvestisiya Şirkəti” QSC kimi yeni rəqiblər onun bu bazarda öncəki illərdəki kimi pay götürməsinə imkan yaratmayıb.

“CPM-İnvest” Mərkəzi Bankın notlrı üzrə 346.4 mln. manat və dövlət istiqrazları üzrə 703.27 mln. manatlıq əməliyyat aparıb. “ABB-İnvest”də bu müvafiq olaraq  560.69 və 161.52 mln. manatdır.

Qiymətli kağızın   2022 yanvar-sentyabr, manat  İllik müqayisə
 ARMB qiymətli kağızları                367,676,458 -25%
 Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi)                157,161,761 -58%
 Korporativ istiqrazlar                134,940,147 496%
 Səhm                         621,550 -86%
 Repo                310,954,040 -27%
 Cəmi əməliyyatların həcmi                971,353,957 -26%
 Cəmi əməliyyatların sayı                             1544 -48%

 

 

Son xəbərlər
Digər xəbərlər