Rusiya Avropa İttifaqı ölkələri ilə (Estoniya və Latviya) sərhəddə yerləşən Pskov vilayətində mobil çağırış məntəqələri yaradır.
Bunu vilayətin qubernatoru Mixail Vedernikov deyib.
Onun sözlərinə görə, Aİ ilə sərhəddə böyük izdiham var: “Çağırış yaşında olan şəxslər, həmçinin müəyyən olunmuş normadan artıq valyutanı və qadağan olunmuş malları ölkədən çıxarmağa çalışan şəxslər sərhədi keçməyə çalışırlar”.