3 C
Baku
Saturday, December 14, 2024

Bu il 6 nəfərə minimum əmək haqqının 5 misli miqdarında müavinət verilib

2022-ci ilin yanvarın 1-dən etibarən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş misli məbləğində Dövlət Sosial Müdafiə Fondu tərəfindən birdəfəlik müavinət verilir.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, bu günə olan məlumata görə, həmin kateqoriyadan olan 6 nəfər şəxsə müavinət ödənilib.

Qeyd edək ki, bu müavinətin ödənişi vətəndaşın müraciəti əsasında həyata keçirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər