Rusiyanın “Qazprom” şirkəti İtaliyanın “Eni” şirkəti ilə birlikdə sentyabrın sonunda Avstriyada baş vermiş tənzimləmə dəyişiklikləri kontekstində qarşılıqlı fəaliyyət formatı ilə bağlı həll yolu tapdığını bildirib.
Bu, Rusiya qazının Avstriya vasitəsilə İtaliyaya nəqlinə mane olan əsas amil idi.
“Avstriyanı təmsil edən operator Rusiya qazının bu ölkənin ərazisindən nəqlini bərpa etməyə imkan verən “Qazprom Export” şirkətinin tədarük nominasiyalarını təsdiqləməyə hazır olduğunu açıqlayıb”, – “Qazprom”un bəyanatında deyilir.
Xatırladaq ki, oktyabrın 1-də “Qazprom” Avstriya ərazisindən keçməklə İtaliyaya qaz tədarükünün mümkün olmadığını açıqlamışdı.