Yaponiya hökuməti cümə axşamı Yapon dənizinə iki ballistik raket atmasına görə KXDR-ə etiraz edib.
Bu barədə müdafiə naziri Yasukazu Hamada Tokioda jurnalistlərə bildirib.
“Biz Pekində diplomatik kanallar vasitəsilə kəskin etirazımızı bildirdik. Bu cür hərəkətlər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”, – deyə o bildirib.
Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri 24-cü raket sınağıdır.
Bundan əvvəl oktyabrın 4-də Pxenyanın buraxdığı raket Yaponiya üzərindən keçmişdi.