Rusiya Prezidenti Vladimir Putin 70 illik yubileyini Sankt-Peterburqda MDB ölkələrinin başçıları ilə birlikdə qeyd edəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü oktyabrın 7-nə planlaşdırılıb, görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında keçiriləcək”, – o deyib.
Peskov Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin sabah Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakını təsdiqləyib.