13 C
Baku
Sunday, November 24, 2024

Rusiya ABŞ-ı hədələyib

“ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır: “Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir”.

S.Lavrov söyləyib ki, ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər