22.8 C
Baku
Monday, October 7, 2024

“İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur”

Sabiq maliyyə naziri Saleh Məmmədov: “Azərbaycanın 100 milyard dollar borclanmaq imkanı var” ; “hansı ölkədə xarici borclar çoxdursa, həmin ölkələr çox sürətlə inkişaf edir”

– Siz məqalənizdə “maliyyə panikası ifadəsi işlətmisiz. Ad çəkməsəniz də, panikanı yaradanları göstərmişdiniz. Panikanın aradan götürülməsi böhrandan qurtulmağın əsas şərtlərdən biridirmi?

– Çox ciddi şərtlərdən birisidir. Maliyyə panikası dünyanı lərzəyə gətirə bilən prosesdir. Bir misal gətirim. 1987-ci ildə sonradan “qara oktyabr” adı verilən iqtisadi böhran başladı. ABŞ bunun qarşısını ala bilmədi. Səhmlərin qiyməti düşdü, neft ucuzlaşdı… Bütün bunlar maliyyə panikasından başlamışdı. Əslində bunun qarşısını almaq çətin deyildi. ABŞ prezidenti, yaxud federal sistem rəhbərlərindən biri çıxış edib deyə bilərdi ki, yetərincə ehtiyatımız var, panikaya düşməyin.

1997-ci ildə eyni proses başladı, ancaq başladığı günün birinci yarısında bitdi. Prezident Klinton gündüz canlı efirə çıxıb dedi ki, bizim böhranı önləmək üçün yetərincə rezervimiz var. Artıq nahar fasiləsindən sonra bütün birjalarda durum dəyişməyə başladı. Rusiya isə başqa cür davrandı. Böhran yarananda Milli Bank rəhbərliyi dedi ki, durum ağırdır, rublun kursu düşə bilər. Dediyi kimi də oldu. Eyni proses, təəssüf ki, bəzən Azərbaycanda da müşahidə olunur. Məmurlar və müxalifət iqtisadçıları da deyir ki, ölkənin maliyyə durumu gərgindir. Sözsüz ki, bu, panika yaradır.

“İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur”

– Reallıqda belə deyilmi?

– Təbii, deyil. Bizdə durum gərgindirsə, o zaman qonşu Gürcüstan, Ermənistan, Ukrayna, Rusiya gərək hər şeydən əllərini üzsün.  Bu ölkələrlə müqayisədə Azərbaycanın durumu çox stabildir.

“Bugünkü gün əsas məqsəd qiymətlərin düşməsinin qarşısını almaqdır”

– Hökumətin budəfəki davranışlarını peşəkar qiymətləndirirsinizmi, yoxsa, tənqidi yanaşırsınız?

– Bir çox istiqamətlərdə doğru addımlar atılıb, ancaq bəzi məsələlərdə fərqli siyasət yürütmək lazımdır. Məni nəticələr çox narahat edir. Son bir  ildə ölkədəki pul bazasının  həcmi 45 faiz azalıb. Bu, çox böyük siqnaldır. Böhran qiymətlərin düşməsi deməkdir. Qiymətlərin düşməsi pul təklifinin düşməsi ilə  bağlıdır. İnsanların əlindəki pulun həcmi azalır və qiymətlər düşməyə başlayır. Qiymətlər düşdüsə, məhsullar satılmaycaq. Məhsul satılmırsa və ya aşağı qiymətə satırsa istehsal dayanacaq. Ona görə də əsas məsələ insanlardakı pulu çoxaltmaqdır. Burada əsas məqsəd inflyasiyanın qarşısını almaq deyildi, əksinə, inflyasiyanı stimullaşdırmaq və defilyasiyanın – qiymətlərin düşməsinin qarşısını almaqdır. Azərbaycanda əmlakın və digər əksəriyyət məhsulların  qiyməti ciddi şəkildə düşüb…

– Buna qədər qiymətlər çox yüksək idi. Hətta dünyanın ən bahalı paytaxtlarında mənzil almaq Bakıdakından daha ucuz başa gəlirdi. 

– Qiymətlər ölkədə inkişaf olanda qalxır. Demək, Azərbaycanda inkişaf çox sürətlə gedirdi. Əhalinin əlindəki pul kütləsi azalan kimi qiymətlər başladı enməyə. Bazarın qaydası belədir. Bugünkü gün əsas məqsəd qiymətlərin düşməsinin qarşısını almaqdır. Mən devalvasiyanı da düzgün istiqamət saymıram.

– Siz deyirsiz ki, proses tərsinə olmalıdır –  devalvasiyadan öncəki duruma qayıdılsın?

– Mən deyirəm ki, Azərbaycan kimi idxalı ixracından qat-qat çox olan ölkələrdə pulun dəyərinin qorunması çətin deyil. 20 ildir Yaponiya yenin kursunu aşağı salmaq üçün mübarizə aparır. Belə olsa, ixracat artar. Yaponiya ixracatının hamısı hazır məhsullardır. Qiymətlər bircə faiz qalxan kimi Yaponiya məhsulları dünya bazarında rəqabətə girə bilmir. 20 ildir Yaponiya öz pul vahidini (yen) dolların kursundan aşağı salmaq istəyir. Azərbaycanda da eyni proses gedib. İqtisadi inkişaf zamanı manatın kursu dollara nisbətdə qalxmalı idi. Mən dəfələrlə demişdim, kurs dollarla bərabərləşdirilməli, ya da artırılmalı idi. 30-40 ildi Sinqapur valyutasının kursu dollara nisbətdə 1,5-2 arasında dəyişir. Ehtiyac olanda azca qaldırır, sonra yenidən endirirlər. Prezidentimiz vacib vəzifə qoyub: Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq. Məntiqlə hökumət bunun üçün çalışmalıdır. Azərbaycanı Sinqapur, Tayvan, İsveçrə, ya ABŞ səviyyəsinə qaldırmaq üçün devalvasiyaya gedilməməli idi. İnkişaf etmiş ölkələrdən heç birinin tarixində 30-35 faizlik devalvasiya olmayıb.

Devalvasiya 1-2 faiz həcmini aşmır. Çin kimi nəhəng ölkə, ixracatın azalmasının qarşısını almaq üçün 1,5-2 faizlik devalvasiya etdi. Belə kiçik devalvasiya həm Azərbaycanın imicini qoruya, həm də Azərbaycana axa biləcək investisiyaları stimullaşdıra bilərdi.

– Azərbaycanı Sinqapur, Tayvan, İsveçrə səviyyəsinə çatdırmaq yolundan çoxmu kənarlaşmışıq? Bu gün hətta ikinci devalvasiyadan danışılır. Sizcə, hökumət buna gedərmi?

– Məqsəd olaraq uzaqlaşmamışıq. İkinci devalvasiyaya gedilməz, məncə. Bunun üçün heç bir əsas yoxdur.

– Əks iddialar çoxdur neftdən gələn gəlirlər azalır, bank sistemi çökür, dünyada böhran davam edir, manatın kursunun saxlanması üçün hökumət böyük pullar xərcləyir. Təkcə avqustda kursun saxlanmasına 1,2 milyard dollar xərclənib.

– Tamamilə əsassız iddialardır. Dünya təcrübəsində elə bir fakt  görməmişəm ki, idxalı ixracından 2 dəfə, valyuta rezervləri ehtiyac duyulduğundan 5-6 dəfə çox olan, stabil iqtisadi inkişafa və reytinqə malik  ölkə devalvasiyaya getsin.

– Yəni Azərbaycan devalvasiyaya getməyə bilərdi…

– Nəinki getməyə bilərdi, əlindəki rezervləri düzgün istifadə etməklə indi də gəlir əldə edə bilər. Devalvasiyadan cüzi cari 2-3 milyard kurs fərqi qazandıqsa, 10 milyarddan çox etibarın itməsindən itirdik: dəqiq itki hesabını təqdim edə bilərəm.

Mümkün deyil. Milli Bankın 7,3 milyard rezervi var. Beynəlxalq Valyuta Fondunun ölkələr üçün müəyyən etdiyi normaya görə, ehtiyat 3 aylıq idxalı təmin edəcək səviyyədə olmalıdır. Azərbaycanın rüblük  idxalı 2,5  milyarddır. Bizim ehtiyat 2,5 milyard olmalıdır, ancaq 7,3 milyard manatdır. Buna ekstra valyuta ehtiyatı deyilir.  Yəni bizim 5 milyard dollar artıq vəsaitimiz var. Biz bu valyutanı niyə yığırıq valyutanın kursu düşəndə onu tənzimləmək üçün. Üstəlik, Neft Fondu və digər fondlarda 40 milyard dollarlıq rezerv var. Eyni zamanda, başqa ölkələrə yatırılan sərmayələr var. Xeyli qızıl ehtiyatı var.  Bu qədər rezerv ola-ola niyə onlardan istifadə edilməməlidir? Bunlar elə “qara gün” üçün toplanan ehtiyatlardır…

– Əgər bu qədər imkanlar varsa, niyə devalvasiyaya gedildi?

– (Davam edir) Bu gün Azərbaycanla bağlı heç bir embarqo yoxdur. 7,3 milyard dollar vəsait Mərkəzi Bankın əlindədir,  1 saata o vəsaiti istədiyi yerə köçürə bilər. Rezervlərin idarə olunması böyük elmdir. Neft Fondu, digər ehtiyatları  da istifadə edə bilərik.

Son xəbərlər
Digər xəbərlər