Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə operativ iclas keçirəcək.
Bunu “TASS”a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, V.Putin mütəmadi olaraq, adətən hər həftə Təhlükəsizlik Şurası ilə operativ iclaslar keçirir.