Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə nasos stansiyasında aparılan yenidənqurma işləri əlaqədar bu gün Bakının Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-ü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Banker.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.