Minskə qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa zərbə endirilməsi ilə bağlı xəbərdarlıq edilib.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə deyib.
“Mənim cavabım sadə idi: “Ukrayna prezidentinə və digər dəlilərə deyin ki, əgər onlar çirkli əlləri ilə ərazimizin ən azı bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək”, – deyə Lukaşenko vurğulayıb.
Lukaşenko hərbçiləri dövlətin təhlükəsizliyini gücləndirmək üçün daha nə etmək lazım olduğunu müəyyənləşdirməyi təklif edib.