10 C
Baku
Saturday, November 23, 2024

Şirkətlər 4 halda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış sayılacaq

Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab ediləcək:

– böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 1 il keçdikdə;

– az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 2 il keçdikdə;

– ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 6 il keçdikdə;

– xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 8 il keçdikdə.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər