Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalının efirində Putin və Ərdoğan arasında Astanada görüşün keçirilməsi barədə məlumatları təsdiq edib.
Ukrayna ilə bağlı danışıqların təşkil edilməsinə dair Türkiyənin təklifini şərh edən Lavrov deyib: “Ərdoğan və Putin bu həftə Astanada görüşəcəklər. Bu, müzakirə etmək üçün imkandır. Moskva danışıqlarla bağlı istənilən təklifi dinləməyə hazırdır, lakin təşəbbüslərin məzmununu bilmək lazımdır”.