“ABŞ de-fakto Ukraynadakı hərbi münaqişədə iştirak edir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalının efirində deyib.
Onun sözlərinə görə, ABŞ aylardır, hətta illərdir Ukraynanı silahla təmin edir: “Mənə elə gəlir ki, amerikalılar çoxdandır de-fakto bu müharibədə iştirak edir. Onlar nəinki Zelenski və onun rejimini silahlandırır, həmçinin onları peyk məlumatları ilə təmin edirlər”.