9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın dövlət xəzinəsinin daxili borclanmada faiz yükü artır

Üç illik dövlət istiqrazlarının gəlirliliyi son 17 ayın maksimumuna yüksəlib

11 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0106028944 ISIN-li, 50 mln. manat həcmində, üç illlik, yaxud 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Banker.az BFB-ə istinadla xəbər verir.

Hərrac zamanı 19 investor tərəfindən qiymət intervalı 90.9249 (8.49%) manat və 95.1885 (6.8%) manat olan 31 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.3936 (7.5%) manat, orta ölçülmüş qiyməti 93.6116 (7.4141%) manat müəyyən edilmişdir. Sonuncu dəfə  27 sntyabr tarixində keçirlən hərracda üç illik dövlət istiqrazlarının orta gəlirlilik 6.22% təşkil etmişdi. Bu istiqrazlar üzrə gəlirlilik artımı cari ilin fevralından başlanıb. Həmin tarixə qədər minimal rəqəm də məhz fevralda qeydə alınmışdı – 4.12%.

234234242423

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 171,171,300 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 7 oktyabr 2025-ci il.

Hərrac iştirakçıları 12 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

XATIRLATMA!

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər.

Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər